...

NATO Suriya üzrə ABŞ və Rusiya sazişini alqışlayır

Dünya xəbərləri Materials 15 Sentyabr 2013 02:04 (UTC +04:00)
RF XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriya üzrə Cenevrədə şənbə günü aparılmış danışıqların yekunlarına dair əldə olunmuş razılaşmanı Şimali Atlantika müqaviləsi təşkilatı alqışlayır.
NATO Suriya üzrə ABŞ və Rusiya sazişini alqışlayır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

RF XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriya üzrə Cenevrədə şənbə günü aparılmış danışıqların yekunlarına dair əldə olunmuş razılaşmanı Şimali Atlantika müqaviləsi təşkilatı alqışlayır. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bəyanat verib.

"Mən ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri arasında Suriyanın kimyəvi silahının məhv edilməsi haqqında bu gün əldə olunmuş sazişi alqışlayıram," - bəyanatda bildirilir.

Rasmussenin fikrincə, saziş Suriyada böhranın siyasi yolla həllinə və ölkədə qan tökülməsinin dayandırılmasına təkan verə bilər.

Xəbər lenti

Xəbər lenti