...

Obama: İran bir ildən sonra nüvə silahı istehsalına başlaya bilər

Dünya xəbərləri Materials 5 Oktyabr 2013 20:19 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama şənbə günü bəyan edib ki, İranı nüvə silahı istehsal etməkdən bir il ayırır.
Obama: İran bir ildən sonra nüvə silahı istehsalına başlaya bilər

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

ABŞ prezidenti Barak Obama şənbə günü bəyan edib ki, İranı nüvə silahı istehsal etməkdən bir il ayırır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Reyter agentliyi məlumat verir.

"Bizim fikrimizcə, söhbət bir ildən və ya daha çox müddətdən gedir, faktiki olaraq bizim ehtimallarımız İsrail kəşfiyyatının məlumatlarindan daha da mühafizəkardır", - Obama jurnalistin sualını cavablandıraraq bildirib.

ABŞ və digər ölkələr İranın nüvə silahı yaratmaq niyyətində olduğundan şübhələnirlər, lakin Tehran bunu inkar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti