...

İran yeni pilotsuz təyyarə hazırlayıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2013 21:24 (UTC +04:00)
İran alimləri mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən yeni pilotsuz təyyarə hazırlayıblar.
İran yeni pilotsuz təyyarə hazırlayıb

Azərbaycan, Bakı, 15 oktyabr / Trend /

İran alimləri mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən yeni pilotsuz təyyarə hazırlayıblar. Trend Press TV telekanalına istinadən, bu barədə çərşənbə axşamı xəbər verir.

Layihənin meneceri Məhəmməd Məvai bildirib ki, pilotsuz təyyarə Kermanşah Texnoloji universitetinin alimləri və tələbələri tərəfindən hazırlanıb.

Onun sözlərinə görə, davamlı uçuş xüsussiyətinə malik olan pilotsuz təyyarə sənayenin müxtəlif sahələrində istifadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti