Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Misir Küveytə 2 milyard dollarlıq depoziti əvvəl qərara alındığı kimi bir il müddətinə yox, beş il ərzində qaytarmalıdır. Trend İTAR-TASS agentliyinə istinadən, bu barədə bazar günü Misirin keçid hökumətinin baş naziri Xazem əl-Bablaui bildirib.
Onun sözlərinə görə, Küveyt göstərilən maliyyə dəstəyinin həcmi bir ildən sonra qaytarılmalı olan razılaşmalara yenidən baxıb.
Bundan öncə Misir hakimiyyəti Küveytə bu müddəti artırmaq xahişi ilə müraciət edib.
Misirin Mərkəzi Bankı sentyabrın 26-də Küveyt hökumətindən 1 milyard dollar nağd və daha bir - neft məhsulları və təbii qaz daxil olmaqla 2 milyard dollar depozit alıb.
İqtisadi yardımın ümumi məbləği nəzərə alınmaqla maliyyə yardımı paketinin Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt tərəfindən Misirə 12 milyard dollar təşkil edib.