...

Rusiyada Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib

Dünya xəbərləri Materials 23 Oktyabr 2013 15:07 (UTC +04:00)
Rusiyada ilin əvvəlindən Federal Miqrasiya Xidməti İdarəsinin (FMXİ) yeddi regional rəhbəri vəzifəsindən azad edilib.
Rusiyada Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 23 oktyabr/Trend/

Rusiyada ilin əvvəlindən Federal Miqrasiya Xidməti İdarəsinin (FMXİ) yeddi regional rəhbəri vəzifəsindən azad edilib. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski Dövlət Dumasında deyib:

"Biz Biryulevoda baş verənlərə görə məsuliyyəti üzərimizdən atmırıq. Biryulevoda baş verən faciədən sonra Cənub dairəsində FMX-nin şöbə müdiri müavini ilə birlikdə, həmçinin Qərbi Biryulevoa rayonu üzrə şöbə müdiri vəzifəsindən azad edilib".

K. Romodanovski qeyd edib ki, FMX öz işinin öhdəsindən gəlməyənləri vəzifəsindən kənarlaşdırır: "İlin əvvəlindən Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib. Daha ikisi isə necə deyərlər "çıxışdadır". Bu sərt tədbirlər Biryulevoda baş verənlərə bənzər hadisələrin olmaması üçün atılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti