Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Rusiyanın İnsan Haqları üzrə Müvəkkili Vladimir Lukin Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinən Orxan Zeynalovun zorakı şəkildə saxlanılmasının əsassız olduğunu hesab edir. Onun fikrincə, bu faktla bağlı daxili işlər orqanlarında yoxlamalar aparılmalıdır. Bu barədə Trend Rusiyanın "İnterfax" agentliyinə istinadən bildirib.
Lukin deyib: "Bu, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əsası olmayan sərt tədbirlər idi. O, bu zaman müqavimət göstərmirdi və bu da təbii ki, daxili işlər orqanlarının ciddi səhvidir".
Ombudsmanın sözlərinə görə, o, Zeynalovun vəkilinin olması və ona qarşı zorakılığın tətbiq olunmamasının qayğısına qalıb: "Mənim məlumatına görə, Zeynalov hazırda istintaq nəzarəti altındadır, ona qarşı hər hansı bir zorakılıq halı tətbiq edilmir, lakin mən bunu yoxlayacağam".