...

Azərbaycan nümayəndə heyəti Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminə gəlib

Dünya xəbərləri Materials 17 Noyabr 2013 11:48 (UTC +04:00)
Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti baş nazir Artur Rasizadə başda olmaqla Tbilisiyə gəlib.
Azərbaycan nümayəndə heyəti Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminə gəlib

Gürcüstan, Tbilisi, 17 noyabr /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti baş nazir Artur Rasizadə başda olmaqla Tbilisiyə gəlib.

Azərbaycan nümayəndə heyətini Tbilisi hava limanında Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze qarşılayıb.

Andiçmə mərasimi yerli vaxtla saat 12.45-də Tbilisidə Gürcüstan parlamentinin həyətində başlayacaq.

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili saat 14:00 etibarən andiçmə mərasiminə gələn nümayəndə heyətləri ilə görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti