...

Rusiya DİN: Polislər Lyublinodakı ticarət mərkəzində yüzə yaxın qeyri-leqal miqrant aşkar ediblər

Dünya xəbərləri Materials 20 Noyabr 2013 11:37 (UTC +04:00)
Lyublinodakı "Moskva" Ticarət Mərkəzində aparılan reyd zamanı polislər tərəfindən yüzə yaxın qeyri-leqal miqrant aşkar edilib.
Rusiya DİN: Polislər Lyublinodakı ticarət mərkəzində yüzə yaxın qeyri-leqal miqrant aşkar ediblər

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Lyublinodakı "Moskva" Ticarət Mərkəzində aparılan reyd zamanı polislər tərəfindən yüzə yaxın qeyri-leqal miqrant aşkar edilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya DİN-in Moskva Baş İdarəsinin məlumatına istinadən xəbər verir.

Bundan əvvəl DİN Moskva Baş İdarəsinin nümayəndəsi "Moskva" Ticarət Mərkəzində reyddən sonra miqrasiya qanunvericiliyinə riayət olunması ilə bağlı yüzə yaxın şəxsin yoxlanmaq üçün polis bölmələrinə gətirildiyinə dair məlumat vermişdi.

Məlumatda deyilir: "Moskva" Ticarət Mərkəzində həyata keçirilən tədbirlər nəticəsində DİN bölmələrinə ÇXDR, Vyetnam, Tacikistan, Özbəkistan, Azərbaycan və Əfqanıstandan gəlmiş və Rusiya Federasiyasının ərazisində olmanın miqrasiya rejimini pozmuş 96-ya yaxın şəxs gətirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti