...

Ermənistan Parlamentinin binası qarşısında icbari pensiya ödənişlərinə qarşı aksiya keçirilir

Dünya xəbərləri Materials 3 Dekabr 2013 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Çərşənbə axşamı "İcbari pensiya ödənişlərinə qarşı" vətəndaş təşəbbüsünün onlarla iştirakçısı Ermənistan Parlamentinin binası qarşısında etiraz aksiyası keçirir. Aksiya iştirakçıları Parlamentin deputatlarından pensiya yığım sisteminin icbari komponentindən imtina etməyi tələb edirlər və bunun tətbiqinin onların hüquqlarının pozulması olduğunu bəyan edirlər. Trend-in məlumatına görə, bu barədə "Panorama.am" saytı yazır.

Bu arada, Parlamentdə pensiya yığım sisteminin icbari komponentinin bir il müddətinə təxirə salınması üzrə müzakirələr keçirilir.

Qeyd edək ki, noyabrın 15-də Parlamentin bu məsələ ilə bağlı çağırılmış növbədənkənar iclası əksəriyyət olmadığına görə yarımçıq qalmışdı. Növbədənkənar iclas "Çiçəklənən Ermənistan", EMK, "İrs" fraksiyalarının təşəbbüsü ilə çağırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti