...

Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb

Dünya xəbərləri Materials 10 Dekabr 2013 00:28 (UTC +04:00)
ABŞ-ın vitse-prezidenti Cozef Bayden bazar ertəsi Ukrayna prezidentinə zəng edib, aksiya zamanı zorakılıq ehtimalından narahatlığını ifadə edib, həmçinin Ukrayna liderini müxalifətlə dialoqa başlamağa çağırıb.
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

ABŞ-ın vitse-prezidenti Cozef Bayden bazar ertəsi Ukrayna prezidentinə zəng edib, aksiya zamanı zorakılıq ehtimalından narahatlığını ifadə edib, həmçinin Ukrayna liderini müxalifətlə dialoqa başlamağa çağırıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ ev bildirib.

"Vitse-prezident vəziyyətin eskalasiyasını dərhal dayandırmağın və Ukrayna irəliyə doğru necə hərəkət etməlidir konsensusun tapılması üzrə müxalifət liderləri ilə dialoqa başlamağın zəruriliyini vurğulamışdır", - Ağ evin məlumatında deyilir.

"Bayden Ukraynanın Avropa istiqamətdə ABŞ-ın qəti dəstəyini təsdiqlədi və bu yola prezident Viktor Yanukoviçin sadiqliyini alqışladı", - Ağ evdən dəqiqləşdirilib.

Bayden həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun və dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevə səfərini alqışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti