...

Ukraynada aksiyaları yatırmağa görə 3 məmur cəzalandırılacaq

Dünya xəbərləri Materials 14 Dekabr 2013 13:06 (UTC +04:00)
Noyabrın 30-da gecə saatlarında Kiyevin Müstəqillik meydanında etiraz aksiyalarının yatırılması zamanı etdikləri hərəkətlərə görə 3 yüksəkvəzifəli məmur cəzalandırılacaq.
Ukraynada aksiyaları yatırmağa görə 3 məmur cəzalandırılacaq

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Noyabrın 30-da gecə saatlarında Kiyevin Müstəqillik meydanında etiraz aksiyalarının yatırılması zamanı etdikləri hərəkətlərə görə 3 yüksəkvəzifəli məmur cəzalandırılacaq. Trend-in şənbə günü "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın ədliyyə naziri Yelena Lukaş bildirib.

3 məmurun yaxın vaxtlarda bu cinayətin törədilməsinə görə ittiham ediləcəklərini deyən Y.Lukaş qeyd edib ki, hüquq-mühafizə orqanları səlahiyyətlərini aşıblar, lakin hamı qanun qarşısında eynidir: "Bu, ictimai quruluşu devirməyə çağıranlar, binanı ələ keçirənlər, şəhəri iflic edənlərə də aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti