...

Vladimir Putin: Ukraynadakı böhran daxili siyasi mübarizə ilə bağlıdır

Dünya xəbərləri Materials 19 Dekabr 2013 14:54 (UTC +04:00)
Hazırda Ukraynadakı siyasi böhran Avropa İttifaqına qoşulmaq ilə deyil, daxili siyasi mübarizə ilə bağlıdır.
Vladimir Putin: Ukraynadakı böhran daxili siyasi mübarizə ilə bağlıdır

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Hazırda Ukraynadakı siyasi böhran Avropa İttifaqına qoşulmaqla deyil, daxili siyasi mübarizə ilə bağlıdır. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Ukraynada Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanmasını fəal şəkildə irəli çəkənlər yaxın keçmişdə hakimiyyətdə olan insanlardır: "Niyə onlar həmin vaxt həmin sənədi imzalamadılar? Məndə belə şübhə yaranır ki, bunun Avropa İttifaqına qoşulmaqla bağlı heç bir əlaqəsi yoxdur".

V. Putin qeyd edib ki, bu, daxili siyasi mübarizədir: "Biz daxili siyasi mübarizədə kimin qalib gələcəyindən, vəziyyətin necə dəyişəcəyindən asılı olmayaraq, rəsmi Kiyevlə Ukrayna xalqı üçün maraqlı və məqbul olacaq formatda işləyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti