Azərbaycan, Bakı, 12 yanvar /Trend/
İraqın paytaxtı Bağdadda bazar günü baş vermiş partlayış nəticəsində ən azı doqquz nəfər həlak olub, 16 nəfər yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Assoşieyted Press agentliyi məlumat verir.
Frans Press agentliyinin məlumatına görə, terror aktı İraq ordusunun yeni çağırışçılarına qarşı yönəlib. Minalanmış avtomobil Bağdadın qərbindəki avtovağzalın yaxınlığında partlayıb, oradan çağırışçılar öz evlərinə getməyə hazırlaşırdılar.
Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma hələlik terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.