...

Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də "lider"dir

Dünya xəbərləri Materials 22 Yanvar 2014 14:09 (UTC +04:00)
Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də birinci yeri tutur. Bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının "İşsizliyin qlobal tendensiyaları -2014" məruzəsində deyilir.
Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də "lider"dir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də birinci yeri tutur. Bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının "İşsizliyin qlobal tendensiyaları -2014" məruzəsində deyilir. Trend-in məlumatına görə, xəbəri "Mediamaks" çərşənbə günü yayıb.

Məruzəyə görə, 2013-cü ildə Ermənistanda işsizliyin səviyyəsi 18,64 faiz təşkil edib. 2012-ci ildə o, 17,3 faiz olub.

Məruzədə deyilir: "Bütövlükdə, Mərkəzi və Cənub-Şərqi Avropada işsizliyin səviyyəsi Ermənistanın təkbaşına lider olduğu MDB-də olduğundan yüksəkdir".

İşsizliyin səviyyəsinə görə Ermənistan Gürcüstann (14,32 faiz), Özbəkistan (10,76 faiz), Tacikistan (10,76 faiz), Türkmənistan (10,69 faiz) və Qırğızıstandan (7,9 faiz) geri qalır.

Məruzədəki məlumata görə, Azərbaycanda işsizliyin səviyyəsi 5,54 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti