...

Fransa Prezidentinin Vatikana səfəri ərəfəsində Romada bomba partlayıb

Dünya xəbərləri Materials 24 Yanvar 2014 13:06 (UTC +04:00)
Cümə gününə keçən gecə Romadakı fransız kilsəsi qarşısında əldəqayırma partlayıcı qurğu işə düşüb.
Fransa Prezidentinin Vatikana səfəri ərəfəsində Romada bomba partlayıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Cümə gününə keçən gecə Romadakı fransız kilsəsi qarşısında əldəqayırma partlayıcı qurğu işə düşüb. Hadisə Fransa Prezidenti Fransua Ollandın Vatikana səfəri ərəfəsində baş verib. Trend-in məlumatına görə, xəbəri Frans Press agentliyi Parisin İtaliyadakı səfirliyinə istinadən yayıb.

Partlayış yerli vaxtla saat 02:30-da Müqəddəs İvo Bretonski kilsəsinin qarşısındakı küçədə baş verib. İnsident zamanı xəsarət alan olmayıb.

Partlayış dalğasından üç avtomobil ziyan çəkib, qonşu evlərin şüşələri sınıb.

Cümə günü Fransa Prezidenti Vatikana rəsmi səfərə yola düşüb. Bu, Ollandın Fransa dövlət başçısı kimi Vatikana ilk səfəridir. O, indiyədək dörd dəfə Romaya səfər etsə də, bir dəfə də olsun Vatikanı ziyarət etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti