...

İranın Qərblə nüvə problemi üzrə danışıqları fevralda yenidən başlayacaq

Dünya xəbərləri Materials 25 Yanvar 2014 22:46 (UTC +04:00)
İranın bir sıra Qərb ölkələri ilə nüvə problemi üzrə danışıqları gələn ay yenidən başlayacaq.
İranın Qərblə nüvə problemi üzrə danışıqları fevralda yenidən başlayacaq

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

İranın bir sıra Qərb ölkələri ilə nüvə problemi üzrə danışıqları gələn ay yenidən başlayacaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyan edib.

Nazirin sözlərinə görə, Avropa İttifaqının Ali nümayəndəsi xarici işlər və təhlükəsizlik siyasəti üzrə sədri Ketrin Eştonla görüşdə o, "İranın beş üstəgəl bir formatında ilk görüşünü fevralın 19-da bitən İranın Bəhmən ayının sonunda keçirməyə razılıq verib".

"Biz görüşü bir az tez keçirmək istəyirdik, lakin bizim Çin dostlarımız yeni il bayramları ilə əlaqədar buna hazır deyildilər", - Zərif öz Facebook səhifəsində bu barədə deyib.

İranın XİN rəhbəri dəqiqləşdirməyib, altılıqla danışıqlar harada keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti