...

Ermənistan şəhərlərindən birinin böyük hissəsi qazsız və işıqsız qalıb

Dünya xəbərləri Materials 5 Fevral 2014 14:29 (UTC +04:00)
Ermənistanın Vanadzor şəhərinin əksər hissəsi iki gündür qaz və elektrik enerjisi təchizatından məhrum olub.
Ermənistan şəhərlərindən birinin böyük hissəsi qazsız və işıqsız qalıb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ermənistanın Vanadzor şəhərinin əksər hissəsi iki gündür qaz və elektrik enerjisi təchizatından məhrum olub.

Trend-in çərşənbə günü Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb fevralın 3-də şəhərdə baş vermiş güclü partlayış olub. Şəhərin bəzi rayonlarında içməli su kəmərləri donub.

Məlumata görə, hər şey qazın verilişinin dayandırılmasından sonra insanların mənzilləri elektrik enerjisi ilə isitməyə başlamasından sonra baş verib. Nəticədə elektrik ötürücüləri yüklənməyə davam gətirməyərək sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti