...

Kiprdə sülh energetika sahəsində yeni imkanlar açacaq

Dünya xəbərləri Materials 13 Fevral 2014 07:10 (UTC +04:00)
Kiprin türk və yunan hissələri arasında sülh danışıqları uğurlu olsa regionda enerji sahəsində layihələr üçün yeni imkanlar açılacaq.
Kiprdə sülh energetika sahəsində yeni imkanlar açacaq

Azərbaycan, Bakı, 13 fevral / Trend /

Kiprin türk və yunan hissələri arasında sülh danışıqları uğurlu olsa regionda enerji sahəsində layihələr üçün yeni imkanlar açılacaq. Trend "Hurriyet Daily News" qəzetinə istinadən bu barədə çərşənbə günü Türkiyənin energetika naziri Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, yunan və türk kiprlilər arasında münasibətlərin yaxşılaşması yeni layihələr həyata keçirməyə imkan verəcək.

"Mən hesab edirəm ki, Kipr qazının Türkiyə ərazisindən Avropaya nəqli üçün boru kəməri çəkmək mümkün olacaq", - Yıldız deyib.

Şimali Kipr 1983-ci ildə müstəqilliyini elan edib, lakin indiyədək Şimali Kipr Türk respublikası yalnız Türkiyə tərəfindən rəsmən tanınıb.

Xəbər lenti

Xəbər lenti