...

BMT suriyalılar qarşısında danışıqlarda uğursuzluğa görə üzr istəyib

Dünya xəbərləri Materials 15 Fevral 2014 20:15 (UTC +04:00)
BMT-nin Suriyada xüsusi elçisi Lahdar Brahimi Suriya üzrə Cenevrədə keçən danışıqlarda irəliləyişin olmamasına görə, Suriya xalqı qarşısında üzr istəyib.
BMT suriyalılar qarşısında danışıqlarda uğursuzluğa görə üzr istəyib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

BMT-nin Suriyada xüsusi elçisi Lahdar Brahimi Suriya üzrə Cenevrədə keçən danışıqlarda irəliləyişin olmamasına görə, Suriya xalqı qarşısında üzr istəyib. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Brahimi Suriya hökuməti və müxalifəti ilə çıxılmaz vəziyətdən çıxış yolu tapmaq üçün Cenevrədə ümidsiz cəhd göstərərək son müzakirələr keçirib.

Onun sözlərinə görə, əsas maneə - hökumət keçid rəhbər orqanının yaradılmasının müzakirəsindən yenə də imtina edir.

Brahimi deyib ki, danışıqların üçüncü raundunun tarixi təyin olunmayıb.

Suriyada üç ilə yaxın davam edən münaqişə 100 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərindən qaçmağa məcbur olub.

Xəbər lenti

Xəbər lenti