...

Beyrutda terror aktı qurbanlarının sayı üçə çatıb, 40-a yaxın yaralı var

Dünya xəbərləri Materials 19 Fevral 2014 13:25 (UTC +04:00)
Livanın paytaxtı Beyrutda İran Mədəniyyət Mərkəzinin yaxınlığında törədilən terror aktı nəticəsində ən azı üç nəfər ölüb.
Beyrutda terror aktı qurbanlarının sayı üçə çatıb, 40-a yaxın yaralı var

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Livanın paytaxtı Beyrutda İran Mədəniyyət Mərkəzinin yaxınlığında törədilən terror aktı nəticəsində ən azı üç nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər yayıb.

İki partlayışın baş verdiyi bildirilir. Partlayıcılardan biri avtomobilə, ikincisi isə motosiklə bərkidilibmiş. Partlayışlardan biri İranın "İRNA" agentliyinin ofisi qarşısında baş verib. Bu barədə agentliyin saytında xəbər verilib. Bundan əlavə, İranın mədəniyyət attaşesinin ofisi və IRIB teleradio korporasiyası terror aktının baş verdiyi ərazidə yerləşir.

Baş verənlərlə bağlı hələlik ətraflı məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti