...

Türkiyə-Suriya sərhədində partlayış baş verib, ölən var

Dünya xəbərləri Materials 20 Fevral 2014 22:31 (UTC +04:00)
Türkiyənin Kilis vilayətindəki Öncüpınar sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında Suriya ərazisində güclü partlayış baş verib.
Türkiyə-Suriya sərhədində partlayış baş verib, ölən var

Azərbaycan, Bakı, 20 fevral / Trend /

Türkiyənin Kilis vilayətindəki Öncüpınar sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında Suriya ərazisində güclü partlayış baş verib. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən cümə axşamı məlumat verir.

Məlumata görə, partlayıcı maddə ilə dolu avtomobil Suriyanın əs-Səlame sərhəd məntəqəsi yaxınlığında saat 15:45-də partladılıb.

Partlayış nəticəsində hadisə yerində 20 nəfər həlak olub, həmçinin altı nəfər Türkiyə ərazisindəki xəstəxanaya aparılarkən yolda ölüb, daha 50 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti