...

Viktor Yanukoviç barəsində axtarış elan edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 24 Fevral 2014 13:45 (UTC +04:00)
Ukraynanın daxili işlər nazirinin səlahiyyətlərinin icraçısı Arsen Avakov sabiq Prezident Viktor Yanukoviç barəsində axtarış elan edildiyini bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "İnterfaks" xəbər yayıb.
Viktor Yanukoviç barəsində axtarış elan edilib (ƏLAVƏ OLUNUB)

Məlumatlar əlavə olunub (ilk xəbər saat 12:40-da yayılıb)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Ukraynanın daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov sabiq Prezident Viktor Yanukoviç barəsində axtarış elan edildiyini bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "İnterfaks" xəbər yayıb.

Avakov öz Facebook səhifəsində yazıb: "Bu səhər məlumatlandırıram. Dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi üzrə cinayət işi açılıb. Yanukoviç və bir sıra digər vəzifəli şəxslər barəsində axtarış elan edilib".

Avakov qeyd edib ki, Yanukoviç Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevlə birlikdə Balaklavadan (Krım) "bütün əlaqə növlərini kəsərək üç avtomobillə naməlum istiqamətə yola düşüb".

Onun sözlərinə görə, fevralın 21-də Viktor Yanukoviç və Klyuyev Regionlar Partiyası deputatlarının qurultayında iştirak etmək üçün helikopterlə Kiyevdən Xarkova uçub. Fevralın 22-də Xarkovda dövlət iqamətgahında gecələdikdən sonra onlar helikopterlərlə Donetsk aeroportuna uçublar:

"Donetsk aeroportuna gəldikdə [Yanukoviç] mühafizəşçilərlə birlikdə helikopterlərdən düşərək Falkon tipli iki şəxsi təyyarəyə əyləşərək uçmağa cəhd ediblər. Sərhəd xidməti onların uçuşuna mane olub. Bundan sonra Yanukoviç Donetskdə dövlət iqamətgahına qayıdıb və burada bir neçə saat qalıb. 22-si axşamdan xeyli keçmiş DYP-nin müşayiəti olmadan avtomobillərlə Yanukoviçin korteci Krıma yola düşüb".

Yanukoviç fevralın 23-də Krıma gəlib. Qəsdən dövlət xüsusi obyektlərinə, eləcə də daha əvvəl gəlməyi planlaşdırdığı ixtisaslaşdırılmış prezident dövlət bağına məhəl qoymadan, şəxsi sanatoriyalardan birində qalıb. A.V.Turçinovun Ukrayna Prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunması və Daxili İşlər Nazirliyinin və UTX-nin yeni təyin edilmiş başçılarının Krıma uçmaları haqqında parlamentin qərarlarından xəbər tutandan sonra Yanukoviç şəxsi sanatoriyasını tələsik tərk edərək Belbek aeroportuna tərəf hərəkət edib. Bu zaman artıq biz Nalivayçenko ilə [Ukrayna Təhlükəsizlik Xidmətinin kuratoru] aeroportda idik.

Yerli vaxtla saat 23:50-də Yanukoviç Belbek aeroportuna çatmadan Balaklavadakı şəxsi iqamətgahında dayanır. Öz mühafizəsini toplayaraq "kimlərin onu bundan sonra müşayiət edəcəyi", "kimlərində burada qalacağını" soruşub. Əməkdaşlardan bir qismi "orada qalmaq istədiklərini" bəyan ediblər. Yanukoviç onlarla vidalaşaraq dövlət mühafizəsindən rəsmən imtina edir. Onun müşayiət etməyən dövlət mühafizə xidmətinin əməkdaşları DMX-nin Krım şöbəsinə təhvil vermək üçün bütün silahlarını götürüblər".

Avakov bundan sonra dövlət başçısının naməlum istiqamətə getdiyini bildirib.

Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar fevralın 21-də Kiyevdə keçirilib. Daha sonra müvafiq Prezident Viktor Yanukoviç və müxalifət liderləri arasında saziş imzalanıb. Şənbə günü Ali Rada əldə olunan razılaşmanı pozaraq və 2004-cü il Konstitutsiyasına qayıdış barədə qanuna prezidentin imza atmasını gözləmədən Konstitusiyanın dəyişdirilməsi barədə qərar qəbul edib, parlamentin, DİN-in, MN-in və ölkənin Təhlükəsizlik Xidmətinin rəhbərliyini dəyişdirib.

Bazar günü Rada mayın 25-də seçkilər keçirilənə qədər Ukrayna Prezidentinin səlahiyyətlərinin spiker Turçinova verilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti