...

Krımda muxtariyyətin statusuna dair referendumun tarixi açıqlandı

Dünya xəbərləri Materials 1 Mart 2014 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Krımda muxtariyyətinin statusu haqqında referendum martın 30-da keçiriləcək.

Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri Sergey Aksyonov deyib.

Onun sözlərinə görə, zərurət yarandığına görə referendumun keçirilməsi tezləşdirilib.

Qeyd edək ki, fevralın 25-də Krımın bir sıra sakinləri Ukraynada hakimiyyətə gəlmiş yeni rəhbərliyi tanımamaq tələbi ilə müddətsiz aksiyaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti