Azərbaycan, Bakı, 5 mart /Trend/
Ukrayna XİN Rusiyadakı səfiri hələlik geri çağırmaq niyyətində deyil. Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna XİN İnformasiya Siyasəti Departamentinin rəhəbəri Yevgeni Perebıynis bildirib.
"Hələlik məsələ bu şəkildə qoyulmur. Biz hesab edirik ki, Rusiya tərəfi ilə təmas saxlamaq üçün bu gün Moskvada səfir Yelçenko kimi təcrübəli diplomatların olması çox vacibdir", Perebiynis bildirib.
Xatırldadaq ki, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov məsləhətləşmələr üçün Moskvaya geri çağırılıb.