Azərbaycan, Bakı, 8 mart /Trend/
"Əl-Məyadin" Livan televiziyasının operatoru martın 8-də Suriyada öldürülüb. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verir.
Telejurnalist Ömər Əbd əl-Kader Suriyanın Deyr-əz-Zor şəhərində bir-birinə qarşı duran tərəflər barədə reportaj çəkən zamanı naməlum şəxslər tərəfindən güllələnib.