...

BMT TŞ Ukrayna üzrə növbəti görüş keçirəcək

Dünya xəbərləri Materials 10 Mart 2014 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

BMT Təhlükəsizlik Şurası çərşənbə axşamına keçən gecə Ukrayna üzrə növbəti qapalı iclasını keçirəcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Ukraynadakı hadisələrlə bağlı iclas və məsləhətləşmələr fevralın 28-dən BMT Təhlükəsizlik Şurasında Ukrayna nümayəndəliyinin müraciəti ilə əlaqədar keçirilir. Hələlik aydın deyil, bu dəfə məhz nə müzakirə olunacaq.

Sonuncu dəfə Təhlükəsizlik Şurası Ukrayna üzrə ötən həftənin cümə axşamı günü yığışıb.

Xəbər lenti

Xəbər lenti