...

Suriyadakı seçkilər müxalifəti dialoqdan imtina etməyə gətirib çıxara bilər

Dünya xəbərləri Materials 13 Mart 2014 22:59 (UTC +04:00)
Seçkilərin keçirilməsi Suriyada hakimiyyətlə danışıqlardan suriya müxalifətini imtina etməyə gətirib çıxara bilər.
Suriyadakı seçkilər müxalifəti dialoqdan imtina etməyə gətirib çıxara bilər

Azərbaycan, Bakı, 13 mart /Trend/

Seçkilərin keçirilməsi Suriyada hakimiyyətlə danışıqlardan suriya müxalifətini imtina etməyə gətirib çıxara bilər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi xəbərdarlıq edib.

"Seçkilərlə bağlı hələlik heç bir rəsmi elanlar yoxdur. Lakin əgər onlar olsa, mən düşünmürəm ki, müxalifət bundan sonra danışmaq istəyər", - Brahimi Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etdikdən sonra deyib.

Assoşieyted Press agentliyinin məlumatına görə, Suriya parlamenti müxtəlif partiyalardan bir neçə namizədlərə seçkilərdə iştirak etməyə imkan verən seçkilər haqqında yeni qanunu cümə axşamı təsdiq edib. Əsədin səlahiyyət müddəti iyulun 17-də başa çatır.

Gözlənilir ki, Brahimi BMT-nin baş katibi Pan Gi Muna məruzəsindən sonra növbəti görüşün keçirilməsi barədə açıqlama verəcək.

Xəbər lenti

Xəbər lenti