...

Obama: ABŞ Avropaya qazın birbaşa nəqlini həyata keçirməyə hazırdır

Dünya xəbərləri Materials 26 Mart 2014 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend/

Avropa İttifaqı ölkələrinin Rusiya yanacağının asılılığından azaldılması üçün ABŞ Avropaya təbii qazın birbaşa nəqlini həyata keçirməyə hazırdır. Trend RİA Novosti agentliyin istinadən bu barədə ABŞ prezidenti Barak Obama ABŞ-Aİ sammitin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz başa düşürük ki, (sanksiyaların gücləndirilməsi) müxtəlif ölkələrdə müxtəlif cür təsir göstərəcək, o cümlədən Aİ daxilində olan ölkələrdə; onların bəziləri rusiya yanacağının olunmasından daha çox asılıdır və biz bunu nəzərə alırıq. Biz (ABŞ), indi artıq Avropa ölkələrindəki tələbatı həcmində təbii qaz ixracı edə bilərik. Amma o açıq bazara gedir və lisenziyası olan özəl şirkətlər vasitəsilə satılır", - Obama bəyan edib.

Bundan başqa, o əlavə edib ki, ABŞ Avropa ölkələrinin iqtisadiyyatına birbaşa iri miqyaslı investisiyalar həyata keçirməyə davam etdirmək niyyətindədir.

"Biz artıq Avropa ilə böyük həcmdə ticarət aparırıq və Avropa iqtisadiyyatına birbaşa iri miqyaslı investisiyalar həyata keçiririk. Bu, dəyişməyəcəkdir", - prezident bildirib.

Xəbər lenti

Xəbər lenti