Azərbaycan, Bakı, 27 mart /Trend/
Türkiyə xarici işlər nazirliyi Kesab şəhərinə nəzarəti ələ keçirən Suriya müxalifətinə yardım göstərməsi barədə iddiaları təkzib edib. Bu barədə Trend TRT telekanalının saytına istinadən bu barədə xəbər verir.
"İddialar əsassız və yalandır", - XİN-in bəyanatında deyilir. Nazirlik Kesabdakı hadisələr və keçmişdə baş verən bəzi hadisələr arasında paralel cəhd aparmağa qərəzli siyasi təbliğat adlandırıb.
Bəyanata əsasən, Türkiyə bir tərəfdən, milli təhlükəsizliyinə təhdid edən Suriya rejiminin hücumunu dəf etməyə çalışır, digər tərəfdən isə vətəndaş müharibəsindən qaçan qaçqınlara sığınacaq verir.
Həmçinin bəyanatda qeyd olunur ki: "Türkiyə üzərinə humanitar məsuliyyəti götürərək BMT orqanlarına Kesabın erməni əhalisini qəbul etməyə hazır olduğunu bildirib və bu barədə erməni icmasının nümayəndələri rəsmi kanallarla məlumatlandırılıb. Biz bu məsələ ilə bağlı danışıqları davam etdiririk".