...

Misirdə prezident seçkiləri öncəsi iki günlük "sükut" başlayıb

Dünya xəbərləri Materials 24 May 2014 06:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Misirdə prezident seçkiləri öncəsi təbliğat üçün tam qadağan edilən iki günlük "sükut" başlayıb. İyirmi günlük seçkiqabağı kampaniya hər iki namizədin təbliğatı ilə cümə günü başa çatıb: Biri böyük tele-müsahibə verib, digəri isə Qahirədə parlaq mitinq keçirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Misirdə növbədənkənar prezident seçkiləri mayın 26-27-də keçiriləcək.

Kürsü uğrunda iki namizəd mübarizə aparır: Misir siyasətinin veteranı Hamdin Sabahi və sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi.

Seçki kampaniyası 21 gün davam edib, onun arxasınca təşviqat qadağan edilən iki "günlük sükut" başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti