...

Misir prezidentinin seçkiləri: Əbdül Fəttah əs-Sisi liderlik edir

Dünya xəbərləri Materials 29 May 2014 05:22 (UTC +04:00)
Səslərin hesablanmasının ilkin nəticələrinə görə, Misir prezidenti seçkilərində böyük üstünlüklə sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi qalib gəlir.
Misir prezidentinin seçkiləri: Əbdül Fəttah əs-Sisi liderlik edir

Azərbaycan, Bakı, 29 may /Trend/

Səslərin hesablanmasının ilkin nəticələrinə görə, Misir prezidenti seçkilərində böyük üstünlüklə sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi qalib gəlir. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, Əbdül Fəttah əs-Sisi seçicilərin 90% səsini toplayıb.

Lakin gözlənildiyi kimi, seçicilərin fəallığı yenə də 45% -dən az olacaq, çünki bir çox siyasi qruplar seçkiləri boykot ediblər.

Misirdə üç gün ərzində prezident seçkiləri keçirilib. Dövlət rəhbəri vəzifəsi uğrunda iki namizəd mübarizə aparır: Misir siyasətinin veteranı Hamdin Sabahi və sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi.

Əvvəlcə səsvermə iki gün ərzində keçirilməli idi: bazar ertəsi və çərşənbə axşamı. Lakin ötən axşam ölkənin Seçki komissiyası gözlənilmədən səsverməni daha bir gün uzadıb.

Xəbər lenti

Xəbər lenti