...

Ermənistanda bir sutka ərzində iki zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 İyul 2014 12:24 (UTC +04:00)
Ermənistan Seysmik Müdafiə Dövlət Xidmətinin verdiyinin məlumata görə, iyulun 7-nə keçən gecə yerli vaxtla saat 3:08-də Ermənistanın üçüncü böyük şəhəri Vanadzoradan 13 kilometr cənub-qərbdə 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Ermənistanda bir sutka ərzində iki zəlzələ baş verib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Ermənistan Seysmik Müdafiə Dövlət Xidmətinin verdiyinin məlumata görə, iyulun 7-nə keçən gecə yerli vaxtla saat 3:08-də Ermənistanın üçüncü böyük şəhəri Vanadzoradan 13 kilometr cənub-qərbdə 4 maqnitudalı zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə news.am saytı Ermənistan FHN-ə istinadən xəbər yayıb.

Episentrdə təkanların gücü 5 bal olub. Zəlzələnin hiposentri onlarca kilometr dərinlikdə olub. 3-4 ballıq zəlzələ Ermənistanın Lori və Araqasotn vilayətlərində hiss olunub.

İyulun 6-da səhər saatlarında Vanadzoradan 7 kilometr cənubda 3 maqnitudalı zəlzələ baş verib. Bu zaman Vanadzorda təkanların gücü 3-4 bal təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti