...

Rusiyada naməlum narkotikdən daha iki nəfər ölüb

Dünya xəbərləri Materials 30 Sentyabr 2014 13:01 (UTC +04:00)
Ötən həftə meyitləri Krasnodardakı iri ticarət mərkəzində ayaqyoluda tapılan iki kişinin naməlum narkotik maddədən öldükləri güman edilir. Trend xəbər verir ki, məlumatı RİA Novosti yayıb.
Rusiyada naməlum narkotikdən daha iki nəfər ölüb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Ötən həftə meyitləri Krasnodardakı iri ticarət mərkəzində ayaqyoluda tapılan iki kişinin naməlum narkotik maddədən öldükləri güman edilir. Trend xəbər verir ki, məlumatı RİA Novosti yayıb.

Hazırda bu hadisənin bundan əvvəl Surqutda və Kirov vilayətlərində baş vermiş naməlum maddədən kütləvi zəhərlənmə ilə əlaqəsi araşdırılır.

İlkin məlumatlara görə, naməlum maddədən 10-a yaxın adam ölüb, 300-ə yaxını isə zəhərlənib.

Ticarət mərkəzində ayaqyoluda iki kişinin meyitini xadimə sentyabrın 23-də tapıb. Meyitlərə baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Həmin şəxslərdən birinin üzərindən yeni tibbi şpris qutusu tapılıb.

İlkin məlumata görə, o, intoksikasiya nəticəsində ölüb. Ölənlərdən birinin qardaşı onun sağlığında narkotik vasitələrdən istifadə etdiyini bildirib.

Xəbər verilir ki, bütün hallarda söhbət hələlik qadağan edilmiş preparatlar siyahısına daxil edilməyən və internet vasitəsilə satılan qarışıqdan gedir.

Zəhərlənmə əlamətləri arasında qıcolma, şüurun itməsi, nəfəsin kəsilməsi, qeyri-adekvat davranış da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti