Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Ukrayna hökuməti Donbass ərazilərini daha dövlət büdcəsindən maliyyələşməməsi barədə qəbul edib. Trend Ria Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Nazirliklərə, digər mərkəzi icra hakimiyyəti orqanlarına, yerli dövlət idarələrinə dekabrın 1-dək bütün büdcə idarə, müəssisə və təşkilatların hökumətin nəzarət etməyən ərazilərdən köçürülməsini təmin etmək əmri verilib.
Həmçinin nəzarətsiz ərazilərdə öz fəaliyyətini həyata keçirən kömür sənayesinin müəssisələrinə dövlət dəstəyi ləğv edilib.