...

Ümumerməni fondu ABŞ-da sahibkarların vergidən yayınmasına kömək edir

Dünya xəbərləri Materials 26 Noyabr 2014 16:33
"Hayastan" ümumerməni fonduna ianələrin bir hissəsi vergidən qanunsuz yayınmaq məqsədi ilə verilir.
Ümumerməni fondu ABŞ-da sahibkarların vergidən yayınmasına kömək edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

"Hayastan" ümumerməni fonduna ianələrin bir hissəsi vergidən qanunsuz yayınmaq məqsədi ilə verilir. Trend-in "Erpress.am" saytına istinadən verdiyi məlumata görə, bunu "TheTruthMustBeTold.com" saytının redaktoru, amerikalı jurnalist Ara Manukyan deyib.

Onun sözlərinə görə, Kaliforniyada fəaliyyət göstərən erməni əsilli amerikalı investorlardan ibarət qrup fondla sövdələşmə bağlayıblar, onun köməyi ilə ABŞ-da saxta yolla daha az vergi ödəyə biliblər.

ABŞ qanunlarına görə, əgər sahibkar hər hansı xeyriyyə təşkilatına ianə verirsə, bu məbləğ mənfəət qismində qəbul edilmir. Bununla da sahibkar mənfəət vergisi ödəmək zərurətindən azad edilir. Erməni əsilli amerikalı sahibkarlar tanınmamış qondarma "Dağlıq Qarabağ respublikası"nda biznes qurmaq istəyiblər. Onlar fonda olduqca iri məbləğdə ianə veriblər və bu hissə üzrə ABŞ-da vergidən azad ediliblər və bu, qanunidir.

Jurnalist qeyd edir ki, sonradan sahibkarlar fırıldağa əl atıblar. Onlar mehmanxana biznesinə sərmayə qoymaqla qondarma respublikada bu məbləğin böyük hissəsini geri alıblar. Qalan hissəni isə fonda ianə qismində saxlayıblar.

A.Manukyanın sözlərinə əsasən, sahibkarlar faktiki olaraq məbləğin ianə verilməmiş hissəsi üzrə vergi ödəməkdən azad olunublar.

O, iddia edir ki, belə sövdələşmələr tez-tez həyata keçirilir və faktiki olaraq "Hayastan" əslində toplanan vəsaitdən daha az məbləğin yığıldığını açıqlayır.

Jurnalist daha əvvəl fondun telemarafonunu boykot etməyə çağırmışdı.

Qeyd edək ki, fondun Qəyyumluq Şurasının sədri Serj Sarkisyandır, Şuranın üzvləri sırasında Ermənistanın sabiq prezidenti Robert Koçaryan, separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan, Ermənistanın Baş naziri Ovik Abramyan, bütün ermənilərin katolikosu II Qaregin, Ermənistanın milli qəhrəmanı, ölkənin İsveçrədəki səfiri, şanson ifaçısı Şarl Aznavur da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti