Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Ermənistanda rubl, avro və dolların məzənnəsinin dəyişkənliyi turizm turlarında müştərilərin ödəmə qabiliyyətinin azalmasına və tələbatın aşağı düşməsinə gətirib çıxarıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yeni il ərəfəsində Ermənistanın turizm şirkətləri çıxılmaz vəziyyətə düşüblər: "Belə ki, turizm mövsümünün ən qızğın vaxtında aviabiletlər bahalaşıb, xüsusilə də söhbət Rusiya istiqamətində təqribən 10-15 faizlik qiymət artımından gedir".
Bunun son hədd olmadığı bildirilir. Vəziyyət beynəlxalq turizmə çıxışa da mənfi təsir göstərib.