...

Avropa parlamenti Gürcüstanın Aİ ilə assosiasiya haqqında sazişin müzakirəsinə başlayır

Dünya xəbərləri Materials 17 Dekabr 2014 08:38 (UTC +04:00)
Avropa parlamenti dekabrın 17-də keçirilən plenar iclasında Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi ratifikasiya barədə məsələyə baxacaq.
Avropa parlamenti Gürcüstanın Aİ ilə assosiasiya haqqında sazişin müzakirəsinə başlayır

Gürcüstan, Tbilisi, 17 dekabr /Trend, müxbir N.Kirtsxalia/

Avropa parlamenti dekabrın 17-də keçirilən plenar iclasında Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi ratifikasiya barədə məsələyə baxacaq. Bu barədə Trend məlumat verir.

Gürcüstanın Avropa və avroatlantik strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradzenin jurnalistlərə bildirdiyinə görə, sənədin ratifikasiyası isə təxminən dekabrın 18-də keçiriləcəkdir.

"Tərəfimizdən assosiasiya sazişinin yerinə yetirilməsi davam edir. Biz 2014-cü il üçün fəaliyyət planını başa çatdırmaq üzrəyik. Dekabrın 19-da baş nazirin rəhbərliyi altında hökumət komissiyası 2015-ci il üçün fəaliyyət planına baxılacaq. Sonra o, hökumətin iclasında təsdiq olunacaq", - David Bakradze deyib.

Xəbər lenti

Xəbər lenti