...

Ermənistanda dərman bahalaşıb

Dünya xəbərləri Materials 19 Dekabr 2014 12:58 (UTC +04:00)
Ermənistanda dərman preparatları 5-10 faiz bahalaşıb və buna səbəb yoxlama möhürlərinin tətbiqinin tələb edilməsi yox, valyuta məzənnəsindəki tərəddüdlərdir.
Ermənistanda dərman bahalaşıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Ermənistanda dərman preparatları 5-10 faiz bahalaşıb və buna səbəb yoxlama möhürlərinin tətbiqinin tələb edilməsi yox, valyuta məzənnəsindəki tərəddüdlərdir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müşaviri Qukas Urixanyan dekabrın 19-da jurnalistlərlə görüşündə bəyan edib.

O bildirib ki, Səhiyyə Nazirliyi daim dərmanların qiymətlərinin monitorinqini aparır, indiyədək qiymətlərin əsaslandırılmamış, spekulyativ artırılması halı aşkar edilməyib.

Son günlər Ermənistanda dolların məzənnəsi Rusiya bazarında valyutaların bahalaşmasından sonra sıçrayışla artıb ki, bu da qiymətlərin görünməmiş artımına və bazarda çaxnaşmaya səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti