Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan parlament seçkilərində iştirak edə bilər.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu deyib.
Onun sözlərinə görə, S.Ərdoğanın böyük siyasi təcrübəsi var: "Onun parlament seçkilərində iştirak etməsi pis olmazdı".
Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu il iyunun 14-də keçiriləcək.