...

Suriya müxalifət koalisiyasının yeni sədri Xalid əl-Xoca seçilib

Dünya xəbərləri Materials 5 Yanvar 2015 03:15 (UTC +04:00)
Müxalifət və inqilabi qüvvələrin Milli koalisiyanın (MİQMK) yeni sədri Xalid əl-Xoca seçilib.
Suriya müxalifət koalisiyasının yeni sədri Xalid əl-Xoca seçilib

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Müxalifət və inqilabi qüvvələrin Milli koalisiyanın (MİQMK) yeni sədri Xalid əl-Xoca seçilib. Trend TASS agentliyinə istinadən bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verir.

İstanbulda keçirilən Suriya xarici müxalifətinin ən böyük qruplaşmasının Baş asambleyasının qapalı iclasında bu səsvermə belə nəticələnib.

Qərb ölkələri, Türkiyə və ərəb monarxiyaları dəstəkləyən MİQMK Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını, həmçinin Suriyanın şimalında və cənubunda uçuşlar üçün qadağan olunmuş zonanın tətbiqini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti