Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/
HƏMAS-ın Siyasi bürosunun lideri Xalid Məşəl Qətərdən deportasiya edilib.
Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, deportasiya edilənlər arasında "Müsəlman Qardaşlar" hərəkatının üzvləri də var.
HƏMAS-ın nəzarətində olan informasiya agentliyinin məlumatına görə, X.Məşəl və dirgərlərinin Türkiyəyə gələcəyi ehtimal edilir.
Qeyd edək ki, X.Məşəl 10 gün əvvəl Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Konyadakı konqresinə qatılmışdı.