Azəbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Məftun Salmanov/
Arkanzas ştatının eks-qubernatoru Mayk Hakabi ABŞ Prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obamanı qızlarının Beyonsun mahnılarına qulaq asmasına icazə vermələrinə görə ittiham edib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, M.Hakabi bildirib ki, Obama ailəsi bir tərəfdən qızlarının qayğısına qalır, digər tərəfdən isə belə bir səhvə yol verir: "Mən başa düşmürəm ki, qızlarının nə qədər brokkoli yediyini hesablayan Obama ailəsi Beyonsun mahnılarının mətnlərindəki biabırçılığı necə görmür".
Onun sözlərinə görə, ifaçının mahnılarının mətni təhqiredici və zəka üçün zəhərlidir.