...

ABŞ Kubaya qarşı sanksiyaları yumşaltdı

Dünya xəbərləri Materials 15 Yanvar 2015 20:35 (UTC +04:00)
ABŞ Ticarət Nazirliyi Kubaya qarşı sanksiya rejimini rəsmi qaydada zəiflədib.
ABŞ Kubaya qarşı sanksiyaları yumşaltdı

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ Ticarət Nazirliyi Kubaya qarşı sanksiya rejimini rəsmi qaydada zəiflədib.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, nazirliyin qərarına uğun olaraq, ABŞ vətəndaşları Kubada kredit kartlarından istifadə edə biləcəklər.

Bundan başqa, ABŞ şirkətləri bu ölkəyə kompüter və müxtəlif tenika ixrac etmək imkanı qazanıblar.

Amerikalıların Kubaya səfər etməsi də asanlaşıb. Belə ki, onlar hökumətdən xüsusi icazə almadan Kubaya səfərin 10 mümkün məqsədini göstərməklə bu ölkəyə gedə biləcəklər. Bununla belə, ölkəyə turizm məqsədilə səfərə qadağa hələ də qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti