...

Suriyaya "cihad"a 330 belçikalı gedib

Dünya xəbərləri Materials 16 Yanvar 2015 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belçikada milli təhlükəsizliyə təhdid səviyyəsi yüksəldilib. Trend-in cümə günü "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, Belçika polisi bir neçə şəhərdə antiterror əməliyyatı keçirib.

Ən azı 10 şübhəlinin evində axtarışlar aparılıb.

Məlumata görə, terrorçular polis məntəqələrinə hücum etməyi planlaşdırırmışlar.

Rəsmi məlumata görə, ümumilikdə 330 belçikalı Suriyaya "cihad"a yollanıb. Onlardan 50-si ölüb, 100 nəfər isə Belçikaya qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti