Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/
Pakistanda xüsusi xidmət orqanları ən azı 9 min nəfəri həbs edib.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs olunanlar terrorçuluqda şübhəli bilinirlər.
Onlar arasında 3 mindən çox molla və mədrəsə müəllimi, eləcə də 3,5 min Əfqanıstan qaçqını var.
Şübhəlilərin həbsi Pakistan xüsusi xidmət orqanlarının rəhbərləri və hərbçilər tərəfindən hazırlanmış Milli Fəaliyyət Planının bir hissəsidir.