...

İranda cinayətkar qrupun bir üzvü edam olunub

Dünya xəbərləri Materials 28 Yanvar 2015 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Bu gün səhər İranın İsfahan əyalət prokrorluğununun qərarı ilə Qulpayqan şəhərində çoxsaylı oğurluq, silahlı basqın, adam öldürmə kimi cinayətlər törətmiş Mənsur Mirlohi adlı şəxs edam olunub.

Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Mənsur Mirlohi başqa iki nəfərlə birlikdə 2014-cü ilin dekabr ayında Xumeyn şəhərində oğurluq etdikdən sonra polisə atəş açıb və Qulpayqan şəhərinə qaçıb. Yolda polis və oğrular arasında atışma baş verib. Atışma zamanı 3 polis nəfəri və bir oğru ölüb.

Daha sonra oğrular 7 polis nəfərini yaralayıb və 2 nəfəri də öldürüb. Bu cinayətləri törətmiş Mənsur Mirlohini həbs edilib. Onun haqqında cinayət işi qaldırılıb və bu gün səhər edam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti