...

Qəzet: Ermənistanda belə acınacaqlı iqtisadi vəziyyət olmamışdı

Dünya xəbərləri Materials 3 Fevral 2015 15:53 (UTC +04:00)
Ermənistan əcnəbi sərmayəçilər üçün özünün onsuz da zəif olan mövqeyini itirir.
Qəzet: Ermənistanda belə acınacaqlı iqtisadi vəziyyət olmamışdı

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Ermənistan əcnəbi sərmayəçilər üçün özünün onsuz da zəif olan mövqeyini itirir. Trend xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti yazır.

"Fitch" beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "ВВ-"dən "В+"dək azaldıb. Reytinqlər üzrə proqnoz sabitdir.

Qəzet yazır: "Ölkənin xarici və yerli valyutada əsas təmin olunmamış istiqrazlarının reytinqləri "BB-"dən "B+"ə qədər düşüb. Qısamüddətli xarici valyutada DER "B" səviyyəsində təsdiqlənib. Bundan cəmi iki həftə əvvəl "Moody's" beynəlxalq reytinq şirkəti Ermənistanın dövlət istiqrazlarının reytinqini "Ba2"-dən "Ba3"-dək azaltmışdı, eləcə də proqnozu sabitdən mənfiyədək pisləşdirmişdi. Buna Avropa Bankının Ermənistanda iqtisadi artımın tempinin azalması haqqında proqnozu və "Heritage Foundation" tərəfindən hazırlanan iqtisadi sərbəstlik cədvəlində ölkədəki dərin tənəzzülü də əlavə etsək, aydın olar ki, Ermənistan əcnəbi investorlar üçün özünün onsuz da zəif olan mövqeyini itirir".

Qəzetin yazdığı kimi, ümumilikdə isə ölkədəki maliyyə-iqtisadi vəziyyət və gözləntilər heç vaxt indiki qədər pis olmayıb.

Nəşrin yazdığına görə, artıq Ermənistan hökumətinə bu il ölkəyə daxil olacaq transfertlərin yarıbayarı, ixrac həcmlərinin isə 10-15 faiz azalacağı barədə xəbərdarlıq edilib: "İndiki məqamda ölkənin xarici ehtiyatları son 4,5 il ərzində ən minimal həddə çatıb. Bütün bunlarla yanaşı, hökumət ölkənin hansısa, ölkədən yaxud beynəlxalq maliyyə strukturundan maliyyə dəstəyi alacağına daha ümid etmir. Hökumətə talamaqdan və bundan zövq almaqdan başqa heç nə qalmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti