...

İşsiz ermənilərin sayı artır

Dünya xəbərləri Materials 3 Fevral 2015 19:26 (UTC +04:00)
2014-cü ildə Ermənistanda işsizlərin sayı 17,9 faiz (55,9 mindən 65,9 minədək) artıb.
İşsiz ermənilərin sayı artır

Azərbaycan, Bakı, 3 fevral /Trend/

2014-cü ildə Ermənistanda işsizlərin sayı 17,9 faiz (55,9 mindən 65,9 minədək) artıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Dövlət Məşğulluq Xidməti" agentliyinin müdiri Artak Manqasaryan deyib.

Onun sözlərinə görə, 2015-ci il yanvarın 1-nə iş axtaranların sayı 2014-cü ilin əvvəli ilə müqayisədə artaraq 72,6 min nəfər təşkil edib: "Bunlardan 51,2 mini qadın, 16,9 mini isə gəncdir".

A.Manqasaryan qeyd edib ki, işsizlərin sayı iş axtaranların ümumi sayının 91,4 minini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti