...

Rusiya müsəlmanlarının dini lideri məktəblilərin hicab geyinmək hüquqlarının müdafiə edilməsini xahiş edir

Dünya xəbərləri Materials 4 Fevral 2015 11:23 (UTC +04:00)
Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin qızların məktəbə ənənəvi müsəlman örtüyündə, yəni hicabla gəlmək haqqını qorumaq xahişi ilə ölkə rəhbərliyinə məktub göndərib.
Rusiya müsəlmanlarının dini lideri məktəblilərin hicab geyinmək hüquqlarının müdafiə edilməsini xahiş edir

Azərbaycan, Bakı, 4 fevral /Trend /

Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin qızların məktəbə ənənəvi müsəlman örtüyündə, yəni hicabla gəlmək haqqını qorumaq xahişi ilə ölkə rəhbərliyinə məktub göndərib. Trend xəbər verir ki, bu barədə TASS agentliyinə qurumun mətbuat xidmətindən bildiriblər.

Fevralın 11-də Ali Məhkəmə müsəlman məktəblilərin valideynlərinin Mordoviya məktəblərində baş örtüyünə qoyulan qadağa ilə bağlı şikayətlərinə baxacaq. Bu, Ali Məhkəməyə ilk belə müraciət deyil: 2013-cü ilin yayında Rusiya Ali Məhkəməsi Stavropol diyarı məhkəməsinin müsəlman məktəblilərin dərslərə baş örtüyü ilə gəlmələrinə dair qərarını ləğv etməkdən imtina edib.

Sənəddə deyilir: "Gettoda və ya xüsusi müəssisələrdə deyil, ümumi məktəblərdə öz yaşıdları ilə birlikdə oxumağı və ünsiyyət saxlamağı arzu edən qızlara görə ürək ağrıyır. Axı onlar cəmiyyətə faydalı olmağa, işçi və alim, həkim və pedaqoq olmağa çalışırlar. Onlar müxtəlif millətlərdən və dinlərdən olan yaşıdları ilə ünsiyyət saxlamaq və dostluq etmək istəyirlər - Avrasiya sivilizasiyasının çoxrəngli palitrası daim belə olub".

Müfti qeyd edib ki, yaranan problem təkcə "qadın" problemi deyil.

Qaynutddin hesab edir ki, "örtük məsələsi" vasitəsilə xaricdən dözümsüzlük, antidemokratizm, xalqlar dostluğunun Avrasiya ənənlərinə hörmətsizlik aşılayırlar. Təvazökar geyimləri parçalayaraq, Rusiya dünyasının çox gözəl və mürəkkəb naxışlı parçasını parçalamağa çalışırlar. Bu isə artıq kişi məsələsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti