...

Türkiyədə "İslam dövləti"nin döyüşçüsü saxlanılıb

Dünya xəbərləri Materials 5 Fevral 2015 17:26 (UTC +04:00)
Türkiyənin Qaziantep vilayətində “İslam dövləti” terror təşkilatının döyüşçüsü saxlanılıb.
Türkiyədə "İslam dövləti"nin döyüşçüsü saxlanılıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Qaziantep vilayətində "İslam dövləti" terror təşkilatının döyüşçüsü saxlanılıb. Bu barədə Trend "Haber7" telekanalına istinadən xəbər verir.

Saxlanılan terrorçunun milliyyəti haqqında məlumat verilmir.

Telekanalın məlumatına görə, bu, son on gün ərzində saxlanılan beşinci yaraqlıdır.

Bir müddət əvvəl Türkiyə polisinin ölkənin hava limanlarında gücləndirilmiş iş rejiminə keçdiyi xəbər verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti